Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın müxtəlif qitələrində populyar futbolçuların növbəti siyahısını açıqlayıb. Siyahıda azərbaycanlı futbolçunun da yer almağı diqqətiçəkən məqamdır. Belə ki, `Qarabağ`ın və milli komandamızın 30 yaşlı kapitanı Rəşad Sadıqov Avropanın 79 futbolçusu arasında yer alıb. Müdafiəçi 71 səslə 44-cü pillədə yer alıb.

Rəşad almaniyalı Sami Hedira (`Real`), hollandiyalı Aryen Robben (`Bavariya`), portuqaliyalı Nani (`Mançester Yunayted`) kimi ulduz futbolçuları qabaqlayır. Sadıqovu 1 pillə `Liverpul`un və Türkiyə yığmasının yarımmüdafiəçisi Nuri Şahin 113 səslə qabaqlayır. Avropadan ilk 9 yeri tutan futbolçu növbəti mərhələyə çıxıb ki, kapitanımız onlar sırasında yer almayıb.

Qeyd edək ki, dünyada ən populyar futbolçu 121942 səslə İranın `Persepolis` klubunun və milli komandasının oyunçusu Mehdi Mahdavikiyadır.