Kiyev “Arsenal”ı “Milan”ın braziliyalı müdafiəçisi Kafunu almaq istəyir. “Biz Kafuya görə “Milan”a təklif göndərmişik. Lakin 37 yaşlı müdafiəçinin keçidinin baş tutub - tutmayacağı gələn həftə bilinəcək. Kafu kimi təcrübəli oyunçu komandamıza çox xeyir verə bilər”,- deyə “Arsenal”ın vitse-prezidenti Viktor Qolovka Ukrayna mətbuatına verdiyi açıqlamada bildirib.
Öz növbəsinda Kafu bu mövsümün sonunda futbolçu karyerasını bitirəcəyi barədə yayılan xəbərləri təkzib edib: “Çoxları futboldan gedəcəyimi düşünür. Lakin fiziki cəhətdən heç kimdən geri qalmıram. Buna görə hər bir neçə il oynamaq istəyirəm”. əlavə edək ki, Kafu 2003-cü ildən çıxış etdiyi “Milan”da keçirdiyi 102 oyunda 3 qol vurub.