Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XXV turunda qarşılaşacağı "Keşlə" ilə oyunun hazırlıqlarına start verib. Komandamız bir günlük fasilənin ardından klubumuzun bazasında bir araya gəlib. Saat 16:30-da başlayan məşq 90 dəqiqə davam edib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq "Qarabağ" - "Keşlə" oyunu aprelin 18-i, saat 19:00-da start götürəcək.