Hazırda ikinci məşqçi Səttat ƏLiyevin rəhbərliyi altında məşqlərə başlayan "Qarabağ" bu gündən etibarən Zuğulbada yerləşən DİN-nin sanatoriyasında təlim - məşq toplanışına başlayıb. Baş məşqçi Elxan Abdullayev yığma ilə bir yerdə Uelsə getdiyindən komandaya yalnız oktyabrın 13-də qoşulacaq. Klubun iki ukraynalı legioneri Denis Sokolovski və Sergey Kravçenko hazırda Ukraynadadır. Onlar "Qarabağ"ın düşərgəsinə ayın 12-də qoşulacaqlar.