Baş Məşqçimiz Qurban Qurbanov ilk oyunla müqayisədə kapitan Aslan  Kərimov, eyni zamanda Elvin Məmmədov və Rauf Əliyevi ehtiyatda saxlamaqla yanaşı, Avroliqada 18 yaşlı Qara Qarayevə debüt etmək şansı vermişdir.4-lü müdafiənin önündə 2 müdafiəyə meylli yarımmüdafiəçilər – Namiq və Samir rəqibin hücumlarının qarşısını almağa çalışacaq. Adamiyanı hücumda topla Rəşad Sadiqov təmin etməlidir. Əfran və Emin isə cinahlardan hücumun kəsərini artırmağa çalışacaqlar...
Oyuna Komandamıza d
əstək olmaq üçün Başqan Tahir Gözəl də gəldi. Soyunub geyinmə otağında xeyir-duasını verən Başqan Futbolçuların yanında olduğunu bir daha göstərdi…
1` - Oyuna komandamız başladı..
5` - İlk t
əhlükə rəqibdən gəldi. Fərhadın topu əlində saxlaya bilməməsi qapımız qarşısında az qala böyük təhlükə yaradacaqdı...
9` - ev tapşırığının qarşısını R
əşad Sadıxov ala bildi...
12` - İlk künc z
ərbəsini komandamız yerinə yetirdi..
15` - Komandamız oyunu r
əqib yarısına çevirə bildi...
16` - Meydanın m
ərkəzində əllə oyuna görə Milan Djuric sarı vərəqə ilə cəzalandırıldı…
17` -
Əfran – Adamiya paslaşması sonda qeyri dəqiq zərbəsi ilə başa çatdı..
18` - Qara Qarayevin yandan asmasına z
ərbə vuran tapılmadı..
19` - Samir Abbasov c
ərimə xətti yaxınlığında rəqib hücumçuya qarşı kobud oynadı. Zərbə təhlükəli olsa da qapıdan aralı keçdi…
21` - Meydanın m
ərkəzində Rəşad, Emin  və Əfran çox fəaldırlar…
22` - R
əşada qarşı kobud oynadılar. 35 metrlik məsafədən Sadıxovun zərbəsi qapıçıya problem yaratmadı…
24` - İlk real qol v
əziyyətini `Qarabağ`ımız yaratdı. Rəşad Sadıxovun yandan asması rəqibin 11 nömrəli futbolçusundan az qala qapıya daxil olacaqdı…
25`- Qonaqların cavabı özünü gözl
ətmədi. Jovan Kostovskinin baş zərbəsi çox təhlükəli alındı…
28` - Adamiya r
əqibin 2 oyunçusunu məharətlə keçdi. Bu tamaşaçıların alqışına səbəb oldu..
Bu d
əqiqələrdə Əfran – Adamiya cütlüyü rəqibə çətin anlar yaşadır..
33` - Eminin arak
əsmə ötürməsinə Adamiya santimetrlərlə toxuna bilmədi..
38` - Soyuqqanlı oyun göst
ərən komandamız rəqibi öz qapısına sıxmağa çalışır.
40` -
Maksim Əfrana kömək üçün hücuma qoşuldu…
41` - Emin künc z
ərbəsi yerinə yetirir. Rəqib müdafiəçilər əvvəl Zaurun,sonar Rəşadın zərbəsinin qarşısını aldı…
Hiss
ə boyu debüt oyun olmasına baxmayaraq Qara özünü yaxşı tərəfdən göstərə bilir…
Oyunda sür
ət hissə sonuna doğru daha da aşağı düşür…
İlk hiss
əyə 1 dəqiqə əlavə olundu..
Müdafi
əçidən topu oğurlayan Adamiya az qala qapıçı ilə təkbətək qalacaqdı…
İlk hiss
ə başa çatdı: 0 – 0
İkinci hiss
əyə rəqib dəyişikliklə başladı. 11.Vasko Mitrovun əvəzinə meydana 24.Aleksandar tenekedjiev daxil oldu…
47` - İlk t
əhlükə rəqibdən gəldi. Kostencovskinin 15 metrlik məsafədən zərbəsini qapıçımız məharətlə dəf edə bildi.
48`
Əfran künc zərbəsi yaxınlığında 3 oyunçunu arxada qoysa da sonda elə künc zərbəsi qazandı…
51` - M
ərkəzdə ötürmələr etsələr də qapımız qarşısına yaxınlaşa bilməyən `Metalurq` tez-tez sadə səhvlərə yol verir.
57` - R
əqib irəli atıldığından 2 dəfə dalbadal Adamiya qapıçı ilə təkbətək qalacaqdı. Hər iki halda son müdaxilə buna imkan vermədi…
58` - Emin
Əfrana ötürmə etsəydi hesab açılacaqdı. Emin isə özü zərbə vurmaq qərarı verdi…
Bu d
əqiqələrdə `Qarabağ`ımız daha çox hücumlar edən tərəfdir…
61` - Qara Qarayev sarı v
ərəqə ilə cəzalandırılır…
`Metalurq` ard-arda 2 t
əhlükəli hücum həyata keçirir.
64` - Sür
ətli əks hücumda Adamiyaya qarşı kobud oyuna hakim göz yumur…
66` - Adamiya v
ə Əfran əks hücumda rəqibi yaxalasa da , son ötürmə dəqiq alınmadı. Əks halda Əfran qapıçı ilə təkbətək qalacaqdı…
67` - QOLLLLLLLLLLL… Adamiyanın möht
əşəm ötürməsini Emin İmaməliyev eyni gözəlliklə qapıya göndərdi…
71` - `Metallurq Kostovskinin
əvəzinə Marko Siminovskini daxil edir.
Bu d
əqiqələrdə futbolçularımız fərdi ustalıqla rəqib publika üçün futbol oynayır…
76` - R
əqib hesabı bərabərləşdirir. Mile Kristevin təhlükəli olmayan zərbəsini qapıçımız dəf etməyə çalışsa da qapı dirəyinə dəyən top tora daxil oldu…
80` - Oyun meydanın m
ərkəzində davam edir.
Kralevski
əllə oyuna görə sarı vərəqə alır…
Komandamızın hey
ətində dəyişiklik edilir. Adamiyanın yerinə Vüqar Nadirov daxil olur.
`Metalurq`da is
ə Djuricin əvəzinə 18. Bojan Mihajlovic oyuna daxil olur…
86` -
Əfranın yerinə Elvin daxil olur…
Elvin matça daxil olan kimi meydanın m
ərkəzini tamamilə ələ keçirdik…
89` - R
əqib məğlubiyyətlə barışması göstərdiyi oyundan sezilir…
89` - Namiqin
əvəzinə Aslan daxil olur…
Az qala r
əqib hesabda irəli çıxacaqdı. Lakin Fərhad möhtəşəm oynadı.
Oyuna 3 d
əqiqə əlavə olundu…
Oyun başa çatdı !
Komandamız iki oyunun  n
əticəsinə görə Avropa liqasının növbəti mərhələsinə vəziqə qazandı !!!


`Qarabağ`: 1. F
ərhad Vəliyev, 2. Qara Qarayev, 4.Zaur Həşimov, 5.Maksim Medvedev, 6.Rəşad Sadiqov, 7.Namiq Yusifov, 10.Emin İmaməliyev, 13.Samir Abasov, 14.Rəşad Sadıxov, 22.Əfran İsmayılov, 77.George Adamiya.
Baş M
əşqçi: Qurban Qurbanov


`Metalurq`(Makedoniya): 12.Nokov Trajhce, 5. İgor Kralevski, 28.Oslav Vayşmir, 22.Blagojche Damevski, 21.Skimile Pektov, 4.Ertan Demiri, 11.Vasko Mitrov, 20.Mile Kristev, 10.Milan Duriç, 8.marko Kostençovski, 9.Jovan Kostovski.
Baş M
əşqçi: Zhikiça Tasevski.