Milli komandanın yoldaşlıq görüşü üçün daha bir rəqib tapılıb. AFFA-nın rəsmi internet saytının yaydığı məlumata görə yığmamız mayın 26-da Moldova yığması ilə qarşılaşacaq. Millimiz mayın sonları iyunun əvvəlində Avstriyada təlim-məşq toplanışında olacağından, qarşılaşma bu ölkədə keçiriləcək.

Millimizin iyunun 2-də Hondurasla oynayacağını da xatırladaq.