UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ” - “Vestri” (İslandiya) oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis sabah baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb:
“İlk
növbədə avrokuboklarda iştirak edən bütün klublarımıza uğurlar arzulayıram və “Sabah”ı
dünənki qalibiyyətə görə təbrik edirəm. Sabah ilk oyunumuza çıxacağıq. Heyətimizdə
dəyişikliklər var. Komandanı oyun planında hələ tam düşündüyümüz kimi
formalaşdırmamışıq. Buna baxmayaraq, tezliklə hər şeyin qaydasına düşəcəyinə
inanıram. Güclü kollektiv quraraq qalibiyyətlərlə azarkeşlərimizi sevindirməyə
çalışacağıq”.
Qeyd
edək ki, iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək
oyun saat 20:00-da başlayacaq.