I Divizionun 20-ci turunda "Qarabağ-2" "Səbail-2"ni qəbul edib.

 

Binə qəsəbə stadionunda keçirilmiş görüşdə komandamız 4:0 hesabı ilə qalib gəlib. Qollarımızı Sultan Mustafayev, Mehdi Tahirov, Seyxan Fərəcov və İbrahim Ağayarov vurublar.

 

"Qarabağ-2" 32 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.