Bu yaxınlarda düşərgəsinə xorvat Blagenko Bekovaç və ukraynalı Vitali Çernyuku dəvət edən “Qarabağ” onları baxışdan keçirdi. Bu futbolçuları “Karvan”la yoxlama görüşündə də sınayan baş məşqçi İqor Ponomaryov onlar barədə yekun fikri “MKT-Araz” görüşündən sonra deyəcəyini bildirmişdi. Bu günlərdə çalışdırıcı legionerlərdən imtina etmək qərarına gəlib.