Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer liqasında yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, XXII turda “Turan”ı qəbul edən Qurban Qurbanovun yetirmələri mövsümün daha 1 rekordunun müəllifi olublar.
Matçın 16-cı dəqiqəsinədək 3 cavabsız qol vuran “Qarabağ” hesabı bu həddə ən tez çatdıran komanda olub. Bu oyunadək yalnız 4 dəfə ilk 45 dəqiqə ərzində 3 qol vuran tapılmışdı. Onlar arasında buna ən tez “İnter” nail olmuşdu. İlk turda məhz elə “Turan”la görüşdə 17 dəqiqəyə hesabı 3:0-a çatdıran bakılıların rekordu təsnifat mərhələsinin son turunda yeniləndi. Ağdamlılar da “Turan”la görüşdə eyni qəhrəmanlığı təkrarlayıb, bunu 16 dəqiqəyə gerçəkləşdirdi..
Tarix
Meydan sahibi
Qonaqlar
Hesab
1-ci hissə
İlk hissənin qolları
08.08.2010
Turan
İnter
0-3
0-3
Robertas Poşkus, 3; Mario Santana, 7; Dmitri Kruqlov, 17
21.08.2010
Neftçi
Simurq
4-0
3-0
Bahodir Nasimov, 1; 44; Rəşad Abdullayev, 36
12.09.2010
Xəzər Lənkəran
MOİK
3-0
3-0
Dieqo Souza, 10, Uinston Parks, 19; 25
17.10.2010
Gəncə
Xəzər Lənkəran
4-1
3-1
Junivan Suares, 6; Samir Zərgərov, 38; Sabir Allahquliyev, 40// Katalin Doman, 4
25.02.2011
Qarabağ
Turan
3-0
Elvin Məmmədov, 9, Georgi Adamiya, 10, 16