`Qarabağ` Gəncəyə yola düşdü. Bazar günü premyerliqanın XXI turu çərçivəsində şəhərin eyniadlı komandasının qonağı olacaq komandamız səhər Bakıda məşqini etdikdən sonra Gəncəyə yollanıb. Saat 15:00-da Bakını tərk edən komandamız səfərə tam heyətlə yollanmayıb. Zədəli Aftandil Hacıyev və Devran Ayhan qərb bölgəsinə aparılmayıb.
Komandamız sabah oyunun keçiriləcəyi meydanda məşq edərək hazırlıqlarını tamamlayacaq.