“Qarabağ” hakim qərəzçiliyindən AFFA müraciət edib (APA, 19.12.2005)
Paylaşılma tarixi: 1 yanvar, 2015
Ölkə çempionatının birinci dövrəsinin son turunda “Gənclərbirliyi” ilə oyunda hakim qərəzçiliyi ilə üzləşdiyini iddia edən “Qarabağ” klubunun rəhbərliyi bu gün AFFA-ya məktub ünvanlayıb.
Klubun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş hakim Vüsal Əliyev oyunun nəticəsinə birbaşa təsir edən səhv edərək, 76-cı dəqiqədə vurulan qolu hesaba almayıb. Məktubda eyni zamanda, beynəlxalq dərəcəli hakimin bir neçə kobud səhvləri qeyd olunub və AFFA rəhbərliyindən görüşün videoyazısına baxıb ədalətli qərar çıxarılması xahiş edilir: “Federasiyaya müraciət etməyimizin səbəbi, matçın protokolunda “Etirazın qeyd edilməsi” bölümündə iradlarımızı qeyd etməyə imkan verilməməyidir. Görüşdə dördüncü hakim Elçin Məmmədov protokola iradlarımızın yazılmasının qeyri-qanuni olduğunu iddia etdiyi zaman, baş hakim Vüsal Əliyev gecikdiyimizi əsas göstərib. Halbuki, komandamızın səlahiyyətli nümayəndəsi hakimlərdən 10 dəqiqə sonra hakimlər otağına təşrif buyurub”.