`Qarabağ`ımız Hollandiyadadır. Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda `Tvente` klubuyla qarşılaşacaq komandamız artıq oyunun keçiriləcəyi şəhərdədir. Təxminən 5 saat-yarımlıq uçuşdan sonra komandamız Almaniyanın Münster şəhərinə çatdı və Ensxede şəhərinə yollandı.
Qeyd edək ki, `Tvente` - `Qarabağ` oyunu Avqustun 28-də saat 22:30-da baş tutacaq.