Bu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq. Turun son matçında "Qarabağ"ımız "Qəbələ"ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 17:30-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ"ımız hazırda 34 xalla turnir cədvəlinin ikinci, "Qəbələ" isə 23 xalla üçüncü pilləsində qərarlaşıb.

 

17:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Tofiq Bəhramov adına Respublika stadionu.