Azərbaycan Premyer Liqasının VII turuna yekun vurulub. Turun son matçında "Qarabağ"ımız Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah"ı qəbul edib. Oyuna sürətli başlayan komandamız matçın 17-ci dəqiqəsində hesabı açıb. Qeye baş zərbəsiylə hesabı açıb. İlk hissə bu hesabla da başa çatıb. Komandamız ikinci hissəyə də qolla başlayıb. Abbas Hüseynov matçın 51-ci dəqiqəsində topu qapıdan keçirib. Qalan dəqiqələrdə komandamız hesab arasındakı fərqi artırmağa yaxın olsa da, rəqib qapıçı yaxşı oynayıb 

Və qarşılaşma komandamızın 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

20:30. “Qarabağ” – “Sabah” - 2:0 
Qollar: 
Qeye, 17, Abbas Hüseynov, 51
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Namiq Bəkirov
Tofiq Bəhramov adına Respublika Stadionu