"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə baş tutan "Vorskla"yla matç öncəsi azarkeşlərə kiçik sürpriz edib. Belə ki, klubumuz tərəfindən komandamıza dəstək olan azarkeşlərimizə 9 noyabr - Bayraq Günü münasibətiylə Azərbaycan bayraqları hədiyyə olunub.