UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. “Qarabağ”ın turnirdəki növbəti rəqibi müəyyənləşib.
 
Pley-offda Portuqaliyanın "Braqa" klubunu mübarizədən kənarlaşdıran (4:2, 2:3) komandamız 1/8 finalda “Bayer”lə qarşılaşacaq. Bu mərhələnin görüşləri martın 7-də və 14-də keçiriləcək.
 
Qurban Qurbanovun yetirmələri ilk oyunu evdə keçirəcək. Cavab görüşü isə rəqib meydanında baş tutacaq.