17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Bakıda gerçəkləşən hazırlıq prosesi fevralın 16-dək davam edəcək.
Toplanışa “Qarabağ”ın futbolçusu Əli İbrahim dəvət alıb. Bakıdakı hazırlıqdan sonra Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək yekun heyət müəyyənləşəcək.