CSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” – 0:0
Penaltilərlə - 5:4
İlk oyun – 0:0
Komandamız
UEFA Avropa Liqasında növbəti oyununa çıxıb. “Qarabağ” II təsnifat mərhələsinin
cavab matçında Bolqarıstan təmsilçisi CSKA-nın qonağı olub.
Sofiya
şəhərində yerləşən Vasil Levski adına Milli Stadionda baş tutan görüşə komandamız
aşağıdakı start heyəti ilə başlayıb: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev,
4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35.
Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 11.
Zakariya Savo.
Bakıdakı
ilk görüş qolsuz bərabərliklə yekunlaşdığından, hər iki tərəf cavab
qarşılaşmasına ehtiyatlı başlayıb. Dəqiqələr keçdikcə komandamız oyuna nəzarəti
ələ keçirib. Topla daha çox oynayan futbolçularımız çoxgedişli ötürmələrlə rəqib
qapısı qarşısında təhlükə yaratmağa çalışıb. CSKA isə əsasən əks-hücumlarla qol
vurmağa çalışıb.
Bu
ssenari ikinci hissədə də davam edib. Komandamız meydanda daha fəal nəzərə çarpsa
da, rəqibin sıx müdafiəsini yarmaq mümkün olmayıb. İlk oyunda olduğu kimi, budəfəki
qarşılaşmanın da əsas vaxtı qolsuz bərabərliklə yekunlaşdığından, əlavə vaxta
ehtiyac duyulub.
Əlavə
edilmiş 30 dəqiqədə təzyiqi daha da artıran komandamız bir neçə real qol vəziyyəti
yaratsa da, fərqlənmək mümkün olmayıb. Nəticədə qalib penaltilər seriyası ilə
müəyyənləşməli olub. Burada daha dəqiq oynayan rəqib 5:4 hesablı qələbə
qazanaraq, növbəti mərhələyə adlayıb.
Komandamız
isə mübarizəni UEFA Konfrans Liqasının III raundunda davam etdirəcək. Rəqib
Ukrayna klubu “Dinamo” (Kiyev) olacaq. Həmin mərhələnin oyunları avqustun 6-da
və 13-də baş tutacaq. Komandamız ilk oyununu səfərdə keçirəcək.