"Qarabağ" Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi"ni qəbul edəcək.

 

Qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

 

Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi isə Kərim Ağayev olacaq.

 

Fevralı 13-ü Tofiq Bəhramov adına Respublika stadionun keçiriləcək matçın start fiti saat 18:30-da səslənəcək.