“Qarabağ” futbolçusu Qaspar Panadero ilə yollarını ayırıb. 26 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2021-ci ilin yayında “Qarabağ”la anlaşma imzalayan futbolçu 2021/22 mövsümünün ikinci yarısında Kiprin AEK klubunda icarədə olub.
Qaspar Panaderoya gələcək karyerasında uğurlar arzulayırıq!