Derbi: `Qarabağ` - `Xəzər-Lənkəran`. Premyerliqanın 9-cu turu... 11-ci duel...Kim qalib gələcək? Təbii ki, `Qarabağ`! Görüş ərzində getdikcə rəqibini sıxan komandamız son dəqiqlərdə istədiyi nəticəni əldə edə bildi. 86-cı dəqiqədə oyuna yenicə daxil olmuş Rauf Əliyev Vüqar Nadirovun ötürməsindən sonra başla topu tora göndərdi. Hətta Rauf son dəqiqədə elə bir qol vura bilərdi ki..Hər halda komandamız `Xəzər-Lənkəran` üzərində ardıcıl 4-cü qələbəsini qazana bildi.
Oyun anbaan CANLI YAYIM -da...