Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkü atılıb. "Qarabağ"ımız bu mərhələdə Sloveniyanın "Olimpiya" klubuyla qarşılaşacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov püşk haqda fikirlərini bildirib: "Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq. Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq və oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü".
Qurban Qurbanov: "Bizə ən çətin və gözlənilməz rəqib düşdü"
Paylaşılma tarixi: 1 yanvar, 2015