"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsində "Sumqayıt"la keçirilən matçdan sonra mətbuat konfransında çıxış edib.
Baş məşqçimiz oyunla bağlı bunları deyib:
“Sumqayıt”ı təbrik edirəm. Maraqlı oyun alındı. Son vaxtlarda çox yüklənmişik. Futbolçulara irad bildirmək istəmirəm. Qarşıda vacib oyunlarımız var. Komandanı bu matçlara hazırlamalıyıq”.