Baş məşqçimiz Qurban Qurbanovun "Zirə" ilə oyundan sonra fikirləri:

 

"Vacib qələbə qazandıq. Son oyun idi. Sona qədər rəqib çətin oyuna məcbur elədi. Futbolçularım möhtəşəm mövsüm keçirdilər. Çox zəhmət çəkdilər, çətinliklərdən keçdilər. Amma özlərini peşəkar, kişi, əsl idmançı kimi apardılar. Ümumi nəticələrimiz də pis olmadı".