Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda ilin məşqçisi seçilən komandamızın baş məşqçisi Qurban Qurbanov mükafatlandırılıb.
Qurban Qurbanov mükafatlandırma mərasimində fikirlərini bildirib:
"Çox xoş oldu. Jurnalistlərə verdikləri dəyərə görə təşəkkürümü bildirirəm. 2022-ci il Azərbaycan futboluna ən çox marağın olduğu il kimi yadda qaldı. Avrokuboklardakı matçlarımız çox gərgin və baxımlı keçdi. UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən etibarən gərgin və maraqlı oyunlar bir-birini əvəzlədi. Ölkə futbolunun sevilməsi, gələcək inkişafı üçün çox böyük il oldu. Böyük futbolun dadını, dəyərini bu il daha çox hiss etdik".