Supersport.Az-ın “Qarabağ”ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, sabah kubokun 1/8 final mərhələsində Qusarın “Şahdağ” klubunu qəbul edəcək Ağdam təmsilçisi bu gün son məşqini keçirib. Bu dəfə də komanda məşqə Rəşad Sadıqovsuz çıxıb. Bundan başqa yüngül zədələri olan Aftandil Hacıyev, Emin İmaməliyev və komandanın kapitanı Aslan Kərimovun sabahkı qarşılaşmada meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, sabahkı oyunda “Qarabağ” rəqibini Suraxanı qəsəbə stadionunda qəbul edəcək.
RƏŞAD SADIQOV YENƏ “QARABAĞ”A KÖMƏK EDƏ BİLMƏYƏCƏK (supersport.az)
Paylaşılma tarixi: 1 yanvar, 2015