"Qarabağ" Futbol Klubundan bu il hansı nəticəni gözləyirsiniz?" sorğusu artıq başa çatdı. 814 respondentin iştirak etdiyi sorğuda 462 iştirakçı "Qarabağ"dan bu il yalnız çempionluq gözləyir. "Qarabağ"ı UEFA kubokuna çıxacağına iştirakçıların 143-ü səs verib. 83 nəfər "Qarabağ"ın bu il 3-cü yeri tutacağına, qalan 126 nəfər isə "Qarabağ"ın bu sezon mükafat almayacağına səs verib. Sorğunun nəticəsi "Qarabağ"ın hazırkı durumunu əks etdirir. Hazırda 13-cü milli çempiontın lideri oln komandamız ikinci yerlə 4 xallıq fərqi saxlayaraq, çempionluq üçün mübarizə aparan ən iddialı komandadır. Növbəti sorğumuz fanatlarımız arasında ən çox bəyənilən legionerin seçilməsi məqsədi daşıyır. Hamınızı sorğuda fəal olmağa və obyektiv səs verməyə çağırırıq.