Tahir Gözel Elmar Məmmədov və İvan Karamanovla görüşdü
Paylaşılma tarixi: 30 iyul, 2026
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA Sofiya - "Qarabağ" cavab oyunu zamanı klubumuzun prezidenti Tahir Gözel, vitse-prezidenti Fevzihan Aras, baş direktor Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov, Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Elmar Məmmədov, eləcə də 2004/2005 mövsümündə "Qarabağ"ın formasını geyinmiş bolqarıstanlı sabiq futbolçu İvan Karamanov Sofiyada bir araya gəliblər.
Səmimi şəraitdə keçən görüş zamanı xatirələr bölüşülüb və "Qarabağ"ın Avropa kuboklarındakı çıxışı ətrafında fikir mübadiləsi aparılıb.