Qarabağ TV
TPL
UEL
Sən də gəl, "Qarabağ"ı tanı!

NİHAT

Hələ `Qarabağ` - `Portadaun` oyunu başa çatmamış Avropa Liqasının 3-cü təsnifat mər-hələsi üçün nəzərdə tutulmuş püşkatma mərasimi reallaşdı. "Kor püşk" ağdamlıları Krakov "Visla"sına rəqib edəndə çox sevinmişdim. Hətta sevincimin həddi-hüdudu yox idi desəm, həmin vəziyyətimi daha dəqiq təsvir etmiş olaram. Ətrafımdakı həmkarla-rımın bəziləri krakovluları uğursuz rəqib saydığından bayram əhval-ruhiyyəsində ol-mağımın səəbini anlaya bilmirdi. Amma mənim ən böyük arzularımdan biri gerçəkləş-mişdi. Dəyərli oxucularımız yəqin ki, sözügedən ərəfədə qələmə aldığım köşə yazısı-nı da oxuyub... Qurban Qurbanovun komandasının Polşa təmsilçisini üstələcəyinə ina-mım böyük olduğundan məlum sindromun top qovmağı bacaran azərbaycanlılar tərəfin-dən qırılacağını bilirdim. Belədə "Qarabağ"ın şərəf döyüşünə çıxacağı anı səbir-sizliklə gözləyirdim. Nəhayət, öz axarıyla gedən zaman futbol azarkeşlərini "Vis-la"nın "qətlinə" tamaşa etdiyi görüntüləri də sonsuz səhifələrinin birinə yazdı. Ki-şilər illərlə kirəcləşən qara düyünü qeyrətlə açdı. Sanki Məlikməmməd qara divi öl-dürdü. Qurtulduq! Krakovda qazandığı minimal hesablı qələbəylə meydan sahiblərinin və Polşa futbol ictimaiyyətinin gözünün odunu alan komandamız evdə - 30 min azarke-şin çılğın dəstəyi altında əsl şou göstərdi. Bakıdakı inamlı qələbə "Qarabağ", Qara-bağ" hayqıran tərəfdarların ürəyinə yağ kimi yayılmaya bilməzdi. Yeddi dəqiqəyə sı-ğan 3 qolla "müqəddəs qətli" ilk yarıda həyata keçirən peşəkarlar şanlı tarix yazaraq, eyni zamanda Azərbaycan futbolunda daha bir neçə ilkə damğasını vurdu. Etiraf edim ki, tarixi matçın ertəsi Polşa mətbuatını oxumaqdan xüsusi zövq aldım. Uzun illər futbolumuza yuxarıdan aşağı baxan avropalı həmkarlarımızın çarəsiz şəkildə "Qara-bağ"ın gücünü dəyərləndirməsi olduqca xoşuma gəldi...

Ardıcıl ikinci dəfə Avroliqanın pley-off mərhələsinə yüksələn bölgə təmsilçisi Dortmund "Borussiya"sıyla münasibətlərinə aydınlıq gətirəcək. Əlbəttə, Qurbanovun komandasını olduqca çətin duellər gözləyir. Almaniya klubunun şan-şöhrətindən, re-al səviyyəsindən hamımız xəbərdarıq. Şübhəsiz, futboldan az-çox başı çıxan istəni-lən şəxs bundesliqa komandasının gücünə bələddi. Qorxaqmı? Çəkinəkmi? İndidən dort-mundluların qrup mərhələsinə vəsiqəni istənilən halda təmin edəcəyini düşünüb qor-xaq gümanla barışaqmı? Əsla! Çünki qorxudan daha alçaq və şərəfsiz ikinci bir hiss yoxdu. Xoşbəxtlikdən almanlarla döyüşə qorxunu içində virus kimi gəzdirənlər yox, Avropa təcrübəsi olan ləyaqətli futbolçular çıxacaq. Başqa sözlə, yersiz həyəcana, xo-fa boyun əymək olmaz. Hər birimiz böyük həvəslə Avropa macərasından bəhs edən tari-xi faktlar əsasında çəkilmiş maraqlı filmin növbəti bölümünə baxmağa hazırlaşma-lıyıq. Bu gün "Qarabağ"ın üzərində əlavə təzyiq yaratmaq cəhdi də ən əlverişsiz vari-antdı. Axı ağdamlılar bu yay gözləniləndən də keyfiyyətli çıxış edərək, ötənilki nə-ticəni belə yaxşılaşdırıb. Komandamız "Borussiya"ya da təslim olmaq fikrində deyil. Biz futbol oynaya bilən əsl komandanın qitəmiqyaslı yarışda çıxışına tamaşa etməyə köklənməliyik.

Yəqin bundesliqa klubu püşkün nəticəsindən çox razıdı. Berti Foqtsun həmyerliləri Azərbaycan klubunu asanlıqla yenəcəyini düşünürsə, əcəb edir. "Borussiya" camiəsinin indidən özünü Avroliqanın qrup mərhələsində hiss etməsinə şadam. Bəli, biz azərbay-canlılar səni yaxşı tanıyırıq, "Borussiya". Sən ən təhlükəli, ən səviyyəli, Avropa klublarından birisən. Sən də gəl, "Qarabağ"ı tanı! Heç kimdən çəkinməyən, milli ruha sahib Azərbaycan qanlı kişilərdən qurulmuş komandanı. İnanıram ki, çox xoşuna gələ-cək. Favorit olsan da...