1-Cİ DÖVRƏNİN ÇEMPİONU- "QARABAĞ"
23 Dek 2004
1-Cİ DÖVRƏNİN ÇEMPİONU- "QARABAĞ"
Bu həftə 1-ci dövrənin son turu keçirildi.Bununla da komandalar qış fasiləsinə çıxdılar.
1-ci dövrəni komandamızın aktivinə yazmaq olar. Belə ki, "Qarabağ" qış çempionu oldu. Komandanın yaxın keçmişinə nəzər yetirib,gələcəkdə planlarını öyrənmək üçün, komandanın baş məşqçisi İ.A.Ponomaryovun fikirlərini diqqətinizə çatdırırıq.
- Birinci dövrədəki çıxışınızı necə dəyərləndirirsiniz?
- Ümumilikdə fəaliyyətimizdən razıyam.Elə də böyük uğursuzluqlarımız olmadı.Düzdür,problemlərimiz də olub. Məsələn, "İnter","Neftçi" və "Şahdağ-Samur"la oyunlarda bir qol belə vura bilmədik.Halbuki hər oyunda vuracağımız bir qol oyunun müqəddəratını həll edəcəkdi.Taktikamız 4-4-2 quruluşunu çox az oyunda dəyişdik.Son oyunda da bu taktika ilə rəqibin mərkəzi zonasını dağıdıb, qol vurduq.Futbolçulıarın da oyuna hazırlığından razı qaldım.
Sarı vərəqələr, futbolçuların səhhətlərində arabir yaranan problemlər komandanın ümumi çıxışında problemlər yaradırdı.Bundan əlavə, oynadığımız meydançaların vəziyyəti bir o qədər də yaxşı deyildi. Arzu edərdim ki, bizim hazırlaşmaq üçün əlavə meydançamız olsun.
- Xal itkilərimizin səbəblərini nədə görürsünüz?
- Məğlub olduğumuz matçlarda hakimlərin rolu danılmazdır."Karvan"la oyunda qapımıza vurulan ilk qol oyundankənar vəziyyətdən vurulmuşdu.Bundan sonra irəli atıldıq və ikinci qolu əks hücumdan qaöımıza vurdular."MKT-Araz"la oyunda da ikinci qol təmiz oyundankənardan vurulmuşdur.Bunu kassetlərlə də sübut etmişik.Həmin hakim "Neftçi" ilə oyunda da, kiçik follarla komandamızın oyununa təsir etdi.
"Şahdağ"la oyunda isə özümüzün qol vura bilməməyimizdən hesab heç-heçə oldu.
- İndiki çempionatın səviyyəsindən razısınızmı?
- Əvvəlki ilə müqayisədə fərq müsbət yönümdən böyükdür.İlk səkkizlikdə komandaların səviyyəsi təxminən eynidir.İlk üçlükdə isə xal fərqi yoxdur.Bu şempionatın səviyyəsini göstərir.
- Planlarımız...
- İndi komanda istirahətdədir.Yanvarın 6-7-si tibbi müayinə olacaq,10-dan isə məşqlərə başlayacağıq.Bir qədər sonra isə, Türkiyəyə getməyi planlaşdırırıq.
Transfer haqqında isə, baş məşqçi heyətdən heç kimin transferə çıxarılmayacağını bildirdi.
"Bizdən azrkeşlər ancaq bir şey gözləsinlər-o da çempionliq"- bu da İ.Ponomaryovun sözləridir.