1 gün aradan sonra

single-news
23 Yan 2012

1 gün aradan sonra



`Qarabağ`ımız yenidən məşqlərə başladı.  Komandamızın baş məşqçisi Qurban Qurbanov `Taras`la oyundan sonra komandaya 1 günlük izin vermişdi. Yaranmış fasilədən yararlanan futbolçular şəhərə gəzməyə getmişdilər.
Bu günə isə 2 çalışmayla start verilib. İlk məşq ənənəvi olaraq  yerli vaxtla 11:00-da başladı.  Təxminən 90 dəqiqə davam edən çalışma fiziki hazırlığa yönəlmişdi.  Qızdırıcı təmrinlərdən sonra `stansiya` çalışmaları yerinə yetirildi.  Sonda isə toplu hərəkətlərlə ilk çalışma sona çatdı.
Bu arada komandamızın düşərgəsinə baxışa gələn futbolçulardan biri artıq yola salınıb. Fransalı Sofiane Cobuaninin hazırlığı yetərli olmadığına görə geri göndərilib. İgor Juqoviç və Dmitri Rekiş isə hələ düşərgədədir. Adı çəkilən futbolçular 2 gün sonra `Rid`lə baş tutacaq oyunda bir daha yoxlanılacaq. 
Qeyd edək ki, günün 2-ci çalışması 18:00-da baş tutacaq. 

Paylaş

// pop up