1 GÜNLÜK İSTİRAHƏT BAŞA ÇATDI

single-news
8 Apr 2008

1 GÜNLÜK İSTİRAHƏT BAŞA ÇATDI



“Gənclərbirliyi” – “Qarabağ” oyunundan sonra komandamızın baş məşqçisi Rasim Karanın futbolçulara verdiyi 1 günlük istirahət artıq başa çatıb. Elşən Məmmədovun əlavə  olunmuş son dəqiqədə vurduğu qolla qalib gəldiyi komandamız bu gün səhər ilk məşqinə çıxıb. Xatırladaq ki, zədə və xəstəlik səbəbindən komandanın aparıcı üzvləri – Aslan Kərimov, Hüseyn İsgəndərov, Ayxan Abbasov, Vaqif Cavadov, Nodar Məmmədov son görüşü buraxmalı olmuşdu.  Səhərki çalışmada Aslan, Hüseyn və Ayxan artıq kollektivlə çalışmalarda iştirak edirdi. Günün ikinci məşqin isə Suraxanı stadionunda keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, bazar günü komandamız Azərbaycan premyerliqasının XXI tur çərçivəsində  Qəbələ rayonunun eyniadlı kollektivini qəbul edəcək. “Qarabağ”dan 1 xal çox toplayaraq bir pillə yuxarıda qərarlaşmış  “Qəbələ” ilə oyun turnir cədvəli baxımından prinsipial xarakter daşıyır. Xatırladaq ki, ilk dövrədə baş tutan oyun zamanı komandamız 2:1 hesabıyla qalib gəlmişdi.             

Paylaş

// pop up