10-dan 4-ü..sadəcə `Qarabağ`...

single-news
22 Dek 2009

10-dan 4-ü..sadəcə `Qarabağ`...



`Qarabağ`ımız mükafat yağışında `islanmaq`da davam edir. Ölkənin ən populyar idman nəşri olan `Futbol+` qəzeti ənənəvi olaraq ilin ən yaxşı futbolçusunu seçib. Rekord sayda – 127 respondentin qatıldığı sorğuda `Qarabağ`ımızın gənc forvardı Vaqif Cavadov gözlənildiyi kimi elə rekord sayda səs qazanaraq arxada buraxdığımız ilin ən yaxşısı seçilib. Sevindirici haldır ki, digər `Qarabağ`lı Rəşad Sadıqov da 3-cü yerə layiq görülüb. Ümumiyyətlə, ilk `10`luq`da daha 2 `qarabağ`lı var. Elvin Məmmədov 5-ci, Maksim Medvedev isə 7-ci yeri tutub. Vaqif səslərin 293-nü toplayaraq ən yaxın rəqibi Kamran Ağayevi (`Xəzər-Lənkəran`) hardasa 2 dəfə qabaqlayıb. Qeyd etdiyimiz kimi, bu səsvermə tarixində qazanılmış ən böyük səs çoxluğudur. Eyni zamanda Vaqif bu sorğuda fərqlənmiş ilk `qarabağ`lı kimi də tarixə düşdü. Rəşad Sadıqov isə ardıcıl ikinci il ilk `3`lüyə daxil oldu. Ümumiyyətlə Sadıqov bu sorğuda 2 dəfə, özü də ardıcıl seçilən yeganə futbolçudur.

Paylaş

// pop up