10 futbolçu "Qarabağ" Futbol Akademiyasına dəvət edildi
3 May 2021
10 futbolçu "Qarabağ" Futbol Akademiyasına dəvət edildi
"Qarabağ" Futbol Akademiyası Lənkəranda iki fərqli yaş qrupundan ibarət uşaq futbolçulara baxış keçirib.
Seçimdə 70-ə yaxın futbolçu iştirak edib. Onlar arasından 10 futbolçu müvafiq yaş qruplarınının məşqlərində iştirak etmək üçün Bakıya dəvət edilib.
Bu ay "Qarabağ" Futbol Akademiyasının Bakıda genişmiqyaslı seçimləri planlaşdırılır.