10 futbolçumuz U-16-da

21 İyn 2024
10 futbolçumuz U-16-da
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının ikinci qrupunun Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı olacaq. Komandamızın 10 futbolçusu hazırlıq prosesində iştirak edəcək.
U-16 iyunun 22-dən 24-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək. Toplanışa Murad İbrahimov, Onur Əliyev, Əli Bəşirov, Bilal Hacıyev, Uğur Qurbanlı, Kəmaləddin Cəfərli, Polad Hüseynov, Amin Rzayev, Səid Nuriyev və Eldar Abbasov da qatılacaq.