10 futbolçumuz U-19-da
5 Okt 2025
10 futbolçumuz U-19-da
Klubumuzun 10 futbolçusu Azərbaycanın U-19 millisinə çağırılıb. Rəşad Alışov, Cavid Məlikov, Məsud Əlişanlı, Əli Qazibəyov, Eltun Babazadə, Şahismayıl Cəfərov, Mehdi Mütəllimli, Murad Məmmədov, Əhməd Vəliyev və Əliəkbər Rzazadə 19 yaşadək futbolçulardan ibarət yığmanın heyətində oktyabrın 5-dən 6-dək Bakıda, oktyabrın 6-dan 12-dək isə Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışında olacaqlar.
Millimiz Daşkənd toplanışı çərçivəsində Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
