10 futbolçuyla
5 Okt 2011
10 futbolçuyla
`Qarabağ`ımız artıq məşqlərə başladı. Milli oyunlar səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq komandamızın baş məşqçisi Qurban Qurbanov komandaya `Turan`la oyundan sonra 4 günlük izin vemişdi. Bugündən isə komandamız millilərsiz məşqlərə start verib.
Komanda üzvləri bazada trenajorda çalışdıqdan sonra stadiona yollanıb. Hazırda komandanın sırasında cəmi 10 futbolçu var. Legioner futbolçularımız Bojan Pavloviç, Georgi Adamiya, Nderim Nedzipi, Leonardo Roşa geri dönüb. Admir Teli isə Albaniya millisinin düşərgəsindədir. Cəzalı olduğuna görə millisinə qoşulmayan Ansi Aqolli isə bu gün Bakıya dönəcək.
Bu gün komandamızın tək məşqi nəzərdə tutulsa da, sabaha 2 çalışma planlaşdırılır. `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov `pro` kateqoriyalı kurslarda iştirak etdiyinə görə komandaya onun köməkçisi Elçin Rəhmanov nəzarət edir.