10 oldu
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5595.jpg)
10 oldu
Azərbaycan premyerliqasında növbəti baş məşqi dəyişikliyi baş verib. `Xəzər-Lənkəran` dekabrda baş məşqçi postuna gətirdiyi Cüneyd Biçəri Yunis Hüseynovla əvəzləyib.
Cüneyt Biçərin `Xəzər Lənkəran` klubundan gedişiylə cari Premyer Liqasında onuncu baş məşqçi istefası gerçəkləşib.
Azərbaycan çempionatları tarixində hələ heç bir mövsümdə bu qədər məşqçi istefası olmayıb.
Bu mövsüm qeydə alınan istefaların siyahısı:
`Rəvan`: Bəhmən Həsənov, Vladislav Qədirov
AZAL: Elxan Abdullayev
`Kəpəz`: Mehman Allahverdiyev, Mirbağır İsayev
`Qəbələ`: Toni Adams
`Xəzər Lənkəran`: Mirça Rednik
`Simurq`: Sergey Yuran
`Bakı`: Aleksandr Starkov
"Xəzər Lənkəran": Cüneyt Biçər
Qeyd edək ki, yuxarıda adları sadalanan məşqçilərdən Bəhmən Həsənov (`Rəvan`) sonradan yenidən əvvəlki vəzifəsinə qaytarılıb.