100-cü oyun

7 Okt 2024
100-cü oyun
Komandamızın futbolçusu Toral Bayramov Premyer Liqada 100-cü oyununu keçirib. Onun yubileyi Misli Premyer Liqasının IX turunun “Sumqayıt”la matçına təsadüf edib.
23 yaşlı müdafiəçi bu qarşılaşmalarda 15 qol vurub. Yalnız komandamızın formasını geyinən Bayramovun Premyer Liqada debütü 2019/20 mövsümündə baş tutub. Müdafiəçimiz ilk dəfə 2019-cu il sentyabrın 23-də “Zirə” ilə səfər qarşılaşmasında (3:1) meydana çıxıb.