11-Cİ GÜN. ANTALYA. 1 MƏŞQ
11-Cİ GÜN. ANTALYA. 1 MƏŞQ
“Qarabağ” Futbol klubu artıq Antalyada hazırlığın yarısını geridə buraxır. Bu gün cəmi bir nəzərdə tutulmuşdu. Düzdü, səhər də məşq keçirildi. Amma bütün futbolçulara yox.. Qapçılar Fərhad Vəliyev, Osman Umarov, Anar Səlimov eyni zamanda kiçik zədələri olan Azər Məmmədov, Zaur Həşimov və Timur İsrafilov məşqçilərin nəzarətində təxminən 90 dəqiqə fitness zalında məşq etdilər.
Bir günlük aradan sonra günorta məşqimiz yenə də saat 16:00-da baş tutdu. Bu dəfə də məşqdə polar saaatlardan istifadə edildi. 45 dəqiqəlik aneorobik hazırlığa xidmət edən təmrinlərdən sonra futbolçular 4-lü qruplara bölünərək müxtəlif oyun epizodlarında ediləcək hərəkətlərin üzərində çalışdılar. Sonra növbəylə bu say 5 və 6-ya qədər qalxdı. Bu minvalla təxminən 2 saat 10 dəqiqə məşq edən komandamız günü başa vurdu.
Bu arada növbəti maçın tarixi dəqiqləşib. Yanvarın 17-sində rəqibimiz “Tokatspor” olacaq. Oyun Antalyanın side bölgəsində keçiriləcək. Oyunun saat 15:00-a planlaşdırıldığını da qeyd edək. Hər zaman olduğu kimi komandamız haqqında bütün məlumatları saytımızdan izləməyi unutmayın...