11 futbolçumuz milliyə çağrıldı
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
16 May 2011
11 futbolçumuz milliyə çağrıldı
`Qarabağ`ımızın 11 futbolçusu milliyə dəvət alıb. İyunda keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunlarıyla əlaqədar olaraq klubumuzun düşərgəsinə faks daxil olub. AFFA-dan gələn faksda 8 futbolçumuzun - Fərhad Vəliyev, Rəşad Sadıqov, Maksim Medvedev, Rəşad Sadiqov, Elvin Məmmədov, Vüqar Nadirov, Əfran İsmayılov, Rauf Əliyevin Mayın 20-sində 16:00-da AFFA-ya dəvət olunur. Millimiz İyunun 3-ündə Qazaxıstan, İyunun 7-sində isə Almaniya ilə qarşılaşacaq. Albaniya federasiyasından gələn faksda isə müdafiəçilərimiz Admir Teli və Ansi Aqollinin Mayın 30-da ölkə millisinin düşərgəsində olması göstərilir. Eyni zamanda Latviya millisi üçün də komandamızın yarımüdafiəçisi Andrey Rubinsə dəvət gəlib.