1/16 FİNAL: "QARABAĞ - 2" 0 - 1 "BAKILI"

single-news
13 Sen 2006

1/16 FİNAL: "QARABAĞ - 2" 0 - 1 "BAKILI"



"Qarabağ-2" - V.Naumov, M.Medvedev, Y.Yaqubov, F.Rəhimov, R.Əliyev, N.Yusifov, Ş.Xasaylı, M.ƏLiyev (F.Hüseynov,83), F.Haqverdiyev(R.Əliyev,69), Ə.İsmayılov, R.Qafarlı (O.Bəşirov,55). Baş Məşqçi: Elşad Xudadatov. "Bakılı" - S.Baydəmirov, S.Şahbazov (İ.İbrahimov,80), Ə.Hüseynov, A.Məmmədəliyev, N.Əmirov, T.Qasımov, Ə.İsmayılov, R.Balakişiyev, A.Zeynalov, S.Quliyev, T.Rzayev (Ş.Adilov,76). Baş Məşqçi: Şahin Şahhüseynli. Qol: T.Rzayev, 54 dəq. Oyun sakit məcrada başlasa da, komandamız qol vurmağa daha istəkli idilər. İlk qol vəziyyətini də "Qarabağ-2" yaratdı. Yasin Yaqubovun yandan asmasından sonra Rza Qafarlının zərbəsi qapı çatından azacıq aralı keçdi. 5 dəqiqə sonra Əfranın güclü zərbəsindən sonra ra yalnız bəxt qonaqların üzünə güldü. Oyunun 40-cı dəqiqəsində Namiq Yusifov qırmızı vərəqə aldı. Azlıqda qalmasına baxmayaraq hücumlara atılan komandamız qonaqları da kobudluq etməyə məcbur etdi və 43-cü dəqiqədə Rüfət Balakişiyev də meydandan qovuldu... İkinci hissədə isə qonaqlar hesabı açdılar. Hakimin cərimə meydançasında kobudluğa görə təyin etdiyi 11 metrlik cərimə zərbəsini Teymuraz Rzayev dəqiq yerinə yetirdi: 0-1. Bundan sonra qol vurmaq istəyən "Qarabağ-2" bu istəyini reallaşdıra bilmədi və oyun bu hesabla da başa çatdı...

Paylaş