1/16 FİNAL,CAVAB QARŞILAŞMASI : "BAKILI" 0 - 0 "QARABAĞ - 2"

single-news
16 Okt 2006

1/16 FİNAL,CAVAB QARŞILAŞMASI : "BAKILI" 0 - 0 "QARABAĞ - 2"



İlk oyunda üstün futbol sərgiləyərək, yalnız bəxt hesabına məğlub olan "Qarabağ-2" bu oyuna yüksək əhval ruhiyyə ilə çıxmışdılar. Əsasən 1988-89-cu il təvəllüdlü gənclərdən təşkil olunmuş gənclərimiz rəqibin güclü olmasına baxmayaraq bu oyunda yalnız mərhələ adlamaq haqqında düşünürdülər... Oyunun ilk dəqiqələri də görsətdi ki, komandamız bu şansı dəyərləndirə bilər. Lakin zaman göstərdi ki, "Qarabağ-2" hələ təcrübəli rəqibləri ilə oyunlarda professionallığa doğru addımlamalı, başından yuxarı tullanmamalıdır. Yaradılmış epizodlar, qol imkanlarından istifadə etməmə dəfələrlə təkrarlansada, rəqib ilk hissədə 100%-lik qol momentini - 11 metrlik cərimə zərbəsini dəyərləndirmədi. Əvəzində ikinci hissənin ortalarında Mehran Əliyev qapıçı ilə təkbətək dueldən qalib ayrılsaydı, bəlkə cütün taleyi elə bu qola müəyyənləşəcəkdi. Lakin 9 metrlik qapının əvəzinə futbolçumuz qapıçını seçdi ki, top düz onun üstünə vuruldu... Oyun 0:0 hesabı ilə nəticələndi ki, bu da "Bakılı"nın növbəti mərhələyə adını yazdı...

Paylaş