12 futbolçu ilə...
8 Noy 2010
12 futbolçu ilə...
`Qarabağ`ımız hazırlıqlara başladı. Cümə günü MOİK-lə qarşılaşan komandamız həftəsonu istirahət edib. Komandamızın çalışdırıcısı Qurban Qurbanov həftəsonu komandaya icazə verib. Bu gündən isə komandamız `Bakı`yla oyunun hazırlıqlarına start verib. Bu gün komandamız trenajor zalında ilk məşqini edib. Amma komandamız hazırlıqlara tam heyətlə davam edə bilmir. Məlum olduğu kimi, 5 futbolçumuzun millinin düşərgəsinə yola düşüb. Üstəlik 5 futbolçumuz da zədə səbəbindən komandadan ayrı düşüb. Belə də komandamızın düşərgəsində 12 futbolçu qalıb.
Zədəlilərdən Emin İmaməliyev artıq məşqlərə başlayıb. Andrey Rubinsin hazır olmasına isə ən azı 10 gün lazımdır. Komandamızın sabah 2 məşqi nəzərdə tutulub. Səhər məşqi Zabrat qəsəbə stadionunda, 2-ci məşq isə İdman Akademiyasının stadionunda baş tutacaq.