12 futbolçuyla...

single-news
13 Apr 2010

12 futbolçuyla...



`Qarabağ`ımız `premyerliqanın final mərhələsinin 6-cı turunun hazırlıqlarına başlayıb. `Neftçi` ilə şənbə günü baş tutan matçdan sonra komandamızın çalışdırıcısı Qurban Qurbanov futbolçulara bir günlük istirahət vermişdi. Belə də dünəndən start götürən çalışmalar gündə 2 dəfə keçirilir. Məlum olduğu kimi, əsas millimizin 12-15 aprel aralığında Bakıda təlim-məşq toplanışı keçirilir.Milliyə ən çox futbolçu verən komandamız belədə tam heyətlə çalışa bilmir. Yığmanın baş məşqçisi Berti Foqts `Qarabağ`ımızdan 9 futbolçunun əsas milliyə dəvət etsə də  Rəşad Sadiqov səhhəti, Vüqar Nadirov isə zədəsiylə bağlı məşqlərdə çıxış edə bilmir. Hələlik, məşqlərdə çıxış etməyən Sadiqovdan fərqli Vüqar fərdi çalışmalara başlayıb.  Eyni zamanda digər zədəlimiz Aftandil Hacıyev də fərdi olaraq məşq edir. Tural İsgəndərov və Qara Qarayev isə 19 yaşlılardan ibarət yığmada  olduğuna görə də komandadan ayrı düşüb. Belədə komandamız Suraxanı qəsəbə stadionunda keçdiyi çalışmalarda cəmi 12 futbolçunun imkanlarından yararlana bilir.

Paylaş

// pop up