12 İL SONRA YAŞANAN QƏLƏBƏ SEVİNCİ
21 İyn 2008
12 İL SONRA YAŞANAN QƏLƏBƏ SEVİNCİ
Dünən AVRO 2008-in ən yadda qalan qarşılaşmalarından biri baş tutub. Türkiyə və Xorvatiya milliləri 12 il sonra yenidən üz-üzə gəldilər. 12 il bundan əvvəl xorvatlar Türkiyə millisini məğlubiyyətə uğratmışdı və bu qarşılaşma türklər üçün revanş matçı hesab olunurdu. Türklər bu fürsəti əldən vermədilər. Amma komandalara münasibətləri aydınlaşdırmaq üçün 90 dəqiqə yetərli olmadı. 119-cu dəqiqədə Xorvatlar hesabı açsalar da sevincləri çox sürmədi. 120-ci dəqiqədə Semih vurulmuş qolun əvəzini çıxa bildi. Yarımfinala yüksələn komanda isə penaltilər seriyasında müəyyənləşdi. Bu mərhələdə Türkiyə millisi 3:1 hesabı ilə qalib gələrək adıni yarımfinalçılar sırasına yazdıra bildi.