12 MƏŞQÇİYƏ "A" KATEQORİYASI

single-news
1 Fev 2008

12 MƏŞQÇİYƏ "A" KATEQORİYASI



Azərbaycan UEFA-nın A kateqoriyalı məşqçilərin qarşılıqlı tanınması konvensiyasına qoşulub. Qurumun İcraiyyə Komitəsinin iclasında ölkəmizin "A kateqoriyalı məşqçilərin qarşılıqlı tanınması konvensiyasına" qoşulması təsdiqlənib. Ötən il Bakıda UEFA-nın çexiyalı təlimatçısı Zdenek Sivekin başçılığı altında keçirilən kurslarda iştirak etmiş məşqçilərimizə ilk dəfə A kateqoriyası veriləcək ki, bu da onlara ölkədən kənarda da çalışmağa imkan yaradacaq. A kateqoriyalı lisenziya 12 məşqçi - Ağasəlim Mircavadov (X-L), Əsgər Abdullayev (Olimpik), Sakit Alıyev (Turan), İslam Kərimov, Nizami Sadıqov (Neftçi), Şamil Heydərov (qadın yığması), Faiq Əzizov (Milli komanda), Ramiz Məmmədov (Qəbələ), Əbdülqəni Nurməmmədov (Simurq), Elşad Xudadatov (Qarabağ), Vaqif Paşayev (klubsuz), Böyükağa Hacıyevə (Bakı) vetiləcək. 

Paylaş

// pop up