128 ay sonra `100`lükdə
128 ay sonra `100`lükdə
Azərbaycan millisi FİFA-nın reytinqində rekordunu yenilədi. Yığmamız yenidən `Top-100`də yer almaq üçün 10 il 8 ay gözləməli oldu.
2000-ci ilin fevralında 98-ci olan komandamız həmin vaxtdan indiyədək ilk “yüzlüy”ə düşə bilmirdi. Özü də sonuncu nailiyyətimiz ötən əsrdə olmuşdu. Göründüyü kimi, XXI əsrdə ilkə imza atdıq və bunun üçün 11 ilə yaxın gözləməli olduq. Bu, “Top-100”də yubileyimiz - 10-cu dəfə təmsil olunmağımızdır.
Yığmamızın reytinqdə ən yüksək göstəricisi 97-ci yer olmuşdu ki, buna 3 dəfə nail olmuşuq. Yəni “Top-100”də birdən-birə 12 pillə irəliləyə bilməmişdik. Buna Türkiyə yığması üzərində Bakıda qazanılan tarixi qələbə (1:0) imkan yaratdı.
Qeyd edək ki, 1994-cü ilin iyunundan FİFA-nın reytinqində təmsil olunan Azərbaycan ilk olaraq 170-ci yerdə olub. Millimizin 16 ildə bundan aşağı göstəricisi olmayıb.
Azərbaycan yığmasının FİFA-nın reytinqlərində “Top-100”ə düşdüyü vaxtlar
1998-ci il
Dekabr reytinqi – 99-cu yer (6 pillə irəliləyib)
Baş məşqçi: Vaqif Sadıqov
1999-cu il
İyun reytinqi – 97-ci yer (6 pillə irəliləyib)
Baş məşqçi: Əhməd Ələsgərov
İyul reytinqi – 99-cu yer (2 pillə geriləyib)
Baş məşqçi: Əhməd Ələsgərov
Sentyabr reytinqi – 98-ci yer (5 pillə irəliləyib)
Baş məşqçi: Əhməd Ələsgərov
Oktyabr reytinqi – 98-ci yer (yerində qalıb)
Baş məşqçi: Əhməd Ələsgərov
Sentyabr reytinqi – 98-ci yer (yerində qalıb)
Baş məşqçi: Əhməd Ələsgərov
Dekabr reytinqi – 97-ci yer (1 pillə irəliləyib)
Baş məşqçi: Əhməd Ələsgərov
2000-ci il
Yanvar reytinqi – 97-ci yer (yerində qalıb)
Baş məşqçi: Əsgər Abdullayev
Fevral reytinqi – 98-ci yer (1 pillə geriləyib)
Baş məşqçi: Əsgər Abdullayev
2010-cu il
Oktyabr reytinqi – 91-ci yer (12 pillə irəliləyib)
Baş məşqçi: Berti Foqts (Almaniya)