13 yaşlılarımız Azərbaycan çempionu oldu - Fotolar

single-news
13 May 2013

13 yaşlılarımız Azərbaycan çempionu oldu - Fotolar



`Qarabağ`ımızın 13 yaşlılarından ibarıt komandası Azərbaycan çempionu olub. 2000-ci il doğumlularının yarışında Elburus Rzayevin komandası hamıdan güclü olduğunu bir daha təsdiq edib. ¼ finalda `Əlincə`ni, yarımfinalda `Neftçi`ni sıradan çıxaran `Qarabağ`ımız finalda `Qəbələ`ylə qarşılaşıb.
`Bayıl-Arena`da baş tutan və `İdman-Azərbaycan` kanalıyla canlı yayımlanan görüşdə  Rzayevin yetirmələri üstün oynadıqları qarşılaşmanı qalibiyyətlə başa vurub. İlk yarının sonuncu dəqiqəsində Nicat Məmmədovun baş zərbəsi qolla nəticələndi.
Görüşün 2-ci yarısında tərəflərin qarşılıqlı səylərinə baxmayaraq hesab dəyişmədi və oyun 1:0 hesabıyla `Qarabağ`ımızın xeyrinə başa çatdı. Bu da Elburus Rzayevin komandasının çempion olması anlamına gəlirdi.
Bir neçə gün öncə `Sabahın ulduzları` çempionatında da çempion olan 13 yaşlılarımız bir daha bütün yaşıdlarından güclü olduğunu sübut etdi.

Çempionluq görüşündən fotolar FOTOQALEREYA bölümündə...

http://qarabagh.com/1987/?name=photoview&phid=480&lang=1#

 

Paylaş

// pop up